NATO-nun baş katibi Trampla görüşmək üçün Floridaya uçub

23-11-2024, 08:14           
NATO-nun baş katibi Trampla görüşmək üçün Floridaya uçub
NATO-nun baş katibi Mark Rutte ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla görüşmək üçün Florida ştatına uçub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə “De Telegraaf” qəzeti mənbələrə istinadən yazıb.

Nəşrin yazdığına əsasən, NATO-nun baş katibi Mark Donald Trampı görmək üçün Floridaya Niderland hökumətinin təyyarəsi ilə uçub. Çünki NATO-nun yüksək səviyyəli rəhbərləri öz aviasiyasına malik deyil.

Buna görə də alyans mütəmadi olaraq müttəfiqlərindən təyyarə icarəyə götürür. Uçuşun xərclərini NATO ödəyir.

Bildirilir ki, Rutte Trampla görüşü zamanı onu Ukrayna münaqişəsinin həllində Rusiyaya boyun əyməməyə çağıracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru