Zurabişvili dekabrın 29-dan sonra mandatını təhvil verməyəcəyini açıqladı

Bu gün, 10:14           
Zurabişvili dekabrın 29-dan sonra mandatını təhvil verməyəcəyini açıqladı
Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili bəyan edib ki, ölkədə yeni prezident seçildikdən sonra 29 dekabr tarixində səlahiyyət müddətinin başa çatmasına baxmayaraq, mandatını təhvil verməyəcək.
Bu barədə Salome Zurabişvili "Temps" qəzetinə bildirib.

O qeyd edib ki, səlahiyyətlərinin dayandırılması və ölkədə keçirilən prezident seçkilərinə dair əvvəlki mövqeyi qüvvədə qalır.

Prezident qeyd edib ki, yeni parlament seçkiləri keçirilməyincə mandatını təhvil vermək niyyətində deyil. O, həmçinin Avropa İttifaqını etirazçılara dəstək verməyə çağırıb.

Zurabişvili, hakim “Gürcü Arzusu” partiyası ilə əlaqələrdən imtina etdiyini də bəyan edib.

Xatırladaq ki, Gürcüstan tarixində ilk dəfə prezident vətəndaşlar tərəfindən birbaşa deyil, 150 parlament üzvü və bir o qədər yerli hakimiyyət nümayəndəsinin daxil olduğu seçicilər kollegiyası tərəfindən seçilib. Prezidentlik postuna yeganə namizəd “Gürcü Arzusu” partiyası tərəfindən irəli sürülən Mixail Kavelaşvili olub. Müxalifət isə öz namizədini irəli sürməkdən imtina edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.