İsrailin müdafiə naziri: İsrail müharibədən sonra Qəzzada təhlükəsizliyə nəzarət edəcək
Bu gün, 15:24
İsrailin müdafiə naziri İsrael Katz çərşənbə axşamı bildirib ki, İsrail HƏMAS militant qrupuna qarşı apardığı müharibədən sonra Qəzzada təhlükəsizliyə nəzarət edəcək.
“HƏMAS-ın Qəzzada hərbi və hökumətdəki imkanlarını aradan qaldırdıqdan sonra İsrail Qəzzada tam fəaliyyət azadlığı ilə təhlükəsizliyə nəzarət edəcək”, Katz X-də yazıb.
O, Qəzzanən gələcəyi ilə bağlı planı işğal altındakı İordan çayının qərb sahilindəki vəziyyətlə müqayisə edib ki, İsrail qüvvələri orada müntəzəmə olaraq reydlər keçirir və bunun terrorçuların fəaliyyətini dayandırmaq məqsədi daşıdığını bildirir.
İsrail bildirib ki, onun müharibədəki məqsədi HƏMAS-ın hərbi məğlubiyyətini və militantlarınHƏMAS-ın 2023-cü ilin oktyabrında 1200 nəfərin ölümünə səbəb olan hücumu kimi İsrailə bir daha hücum etməməsini təmin etməkdir.
İsrailin Qəzzaya nəzarət etməsi ABŞ, Birləşmiş Millətlər Təşkilatı və digərlərinin müharibədən sonrakı gözləntilərinə ziddir.
ABŞ Dövlət katibi Antoni Blinken oktyabrda deyib ki, Qəzzada müharibə “HƏMAS-ın kənarda qalacağını və İsrailin orada qalmayacağını təmin edəcək şəkildə” başa çatmalıdır.
BMT-nin Baş katibi Antonio Quterreş sentyabrda bildirib ki, BMT İordan çayının qərb sahilinin bəzi hissələrini idarə edən Fələstin Milli İdarəsinin Qəzzada hakimiyyəti öz üzərinə götürməsini nəzərdə tutur.
Qəzzada səhiyyə rəsmiləri çərşənbə axşamı bildirib ki, İsrailin hava zərbələri Qəzza şəhərində ən azı 10 nəfərin ölümünə səbəb olub. İsrail ordusu isə Qəzzanın cənubunda aparılan əməliyyatlar zamanı iki əsgərinin öldüyü barədə məlumat verib.
HƏMAS-ın İsrailə hücumu zamanı 1200 nəfəri öldürməsinə əlavə olaraq, militantlar təxminən 100 nəfəri girov saxlayır. Onlardan üçdə birinin öldüyü güman edilir.
İsrail rəsmiləri son günlərdə Qəzzada atəşkəsi və girovların azad edilməsini təmin etmək üçün aparılan və uzun müddətdir dalana dirənən danışıqlarda potensial irəliləyişlə bağlı nikbinliklərini dilə gətiriblər.
Qəzza səhiyyə nazirliyinin məlumatına görə, İsrailin əks-hücumu nəticəsində Qəzzada 45 mindən çox insan ölüb. Nazirlik ölənlər arasında neçə nəfərin mülki vətəndaş və ya döyüşçü olduğunu bildirməsə də, daha öncə ölənlərin yarısından çoxunun qadın və uşaq olduğunu bildirib.
HƏMAS Birləşmiş Ştatlar, Brləşmiş Krallıq, Avropa İttifaqı və başqaları tərəfindən terror qrupu kimi tanınıb.