"Nə bilirsiniz ki, Putinin qədəhindəki şampandır?" - Rusiyalı deputatdan qəribə təklif
Bu gün, 10:48
Rusiya Dövlət Dumasının deputatı Andrey Svintsov rusların Yeni ildə bir-birinəi spirtli içkilər hədiyyə etməsinə qarşı cərimələrin tətbiqini təklif edib.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadla xəbər verir ki, deputat rusların bu kateqoriyadan olan hədiyyələrdən kollektiv şəkildə imtina etməsinə tərəfdardır:
“Yaxınlarınıza, dostlarınıza və ya həmkarlarınıza ziyan verə biləcək bir hədiyyə nə qədər məntiqlidir? Bizimkilər ölənə qədər içirlər. İnsanlar Yeni ili sağlamlıqlarına böyük ziyan vurmaqla keçirir, çoxları hətta bu zaman müxtəlif xəstəliklərdən ölürlər. Ona görə də biz güclü anti-alkoqol təbliğatına başlamalıyıq. Hədiyyə olaraq spirt vermək səhvdir, çünki spirt zəhərdir".
Jurnalistin "axı dövlət başçısı Vladimir Putin də Yeni il ərəfəsində rusları bir qədəh şampanla təbrik edir" xatırlatmasına isə deputat belə cavab verib:
"Prezidentimiz vətəndaşları bir qədəh şampanla təbrik edə bilər, burada problem yoxdur. Sonra onu içməyib yerə qoya bilər. Bəli, Vladimir Putin adətən hamını şampanla təbrik edir. Amma tamamilə mümkündür ki, onun qədəhindəki şampan deyil, limonaddır. Mən isə bir qədəh şampanın içilməsinə qarşı deyiləm. Söhbət alkoqolun yaratdığı problemin getdikcə artan miqyasındadır".