Rusiya Müsəlmanları İdarəsi dini çoxarvadlılığa icazə verib

20-12-2024, 15:19           
Rusiya Müsəlmanları İdarəsi dini çoxarvadlılığa icazə verib
Rusiyada müsəlman kişilərə obyektiv səbəblər və ərin bütün arvadlara bərabər münasibəti nəzərə alınmaqla dördə qədər dini nikah bağlamağa icazə verilib.

"RİA Novosti" xəbər verir ki, bu barədə Rusiya Müsəlmanları Ruhani İdarəsinin (DUM) Üləmalar (alim və ilahiyyatçılar) Şurasının sədr müavini və Moskva müftisi İldar Alyautdinov məlumat verib.

"Kişinin eyni vaxtda ikinci, üçüncü və hətta dördüncü dini nikaha girməsinə qərar verilib onun reproduktiv yaşı və ya digər obyektiv səbəblər, məsələn, arvadın övlad sahibi olmaq istəməməsi kimi faktlar da nəzərə alınır".

Bu zaman ər bütün arvadlara bərabər maddi yardım göstərməli, müəyyən olunmuş qaydada onlarla bərabər vaxt keçirməli və hər birini ayrıca mənzillə təmin etməlidir. Bu şərtlər yerinə yetirilməsə, ikinci nikaha icazə verilməyəcək. Arvadlar digər həyat yoldaşlarının varlığından xəbərdar olmalıdırlar - əks halda qadın boşanma tələb edə bilər. Müfti qeyd edib ki, belə bir fətva çoxarvadlı kişilərlə dini nikahda olan qadınların hüquqlarının möhkəmlənməsinə kömək edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru