ABŞ diplomatları Suriyada — Sanksiyalar ləğv ediləcəkmi?
21-12-2024, 00:13
ABŞ Suriya hakimiyyəti ilə sanksiyaların ləğvini müzakirə edib.
Amerika diplomatları Dəməşqdə Suriya hakimiyyətinin nümayəndələri ilə sanksiyaların ləğvi və “Həyat Təhrir əş-Şam”ın terror təşkilatları siyahısından çıxarılması məsələlərini müzakirə edib.
Amerikalı diplomatlardan ibarət nümayəndə heyəti dekabrın 20-də Suriyanın yeni hakimiyyət orqanları ilə danışıqlar aparmaq üçün Dəməşqə gəlib.