Makron İsraili qoşunlarını Livandan çıxarmağa çağırıb

18-01-2025, 09:44           
Makron İsraili qoşunlarını Livandan çıxarmağa çağırıb
Fransa Prezidenti Emmanuel Makron atəşkəs razılaşmasının müddətini əsas gətirərək İsraili qoşunlarının Livandan çıxarılmasını sürətləndirməyə çağırıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Livanın yeni Prezidenti, seçilməzdən əvvəl Livan Silahlı Qüvvələrinin komandiri vəzifəsini icra etmiş Cozef Aun ilə birlikdə mətbuat konfransında çıxış edən Makron “Biz İsrail ordusunun tamamilə o ərazilərdən çıxmasını istəyirik” deyib.

O, həmçinin Livan silahlı qüvvələrinin gücünün artırılmasının vacibliyini də qeyd edib.

“Biz Livan Silahlı Qüvvələrinin gücünün artırılmasını dəstəkləyirik. Livan Silahlı Qüvvələri Livanın suverenliyinin özülüdür”, - o söyləyib.

Qeyd edək ki, İsrail və “Hizbullah” qruplaşması arasında 2024-cü il noyabrın 27-də qüvvəyə minən, ABŞ və Fransanın vasitəçiliyi ilə imzalanan atəşkəs sazişi İsrail qoşunlarının 60 gün ərzində Livanın cənubundan çıxarılmasını tələb edir, eləcə də “Hizbullah”ın bütün döyüşçülərini və silahlarını ölkənin cənubundan çıxarmasını özündə ehtiva edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru