Yeni müdafiə naziri Pentaqonun üç əsas prioritetini açıqlayıb
Dünən, 10:04
Pentaqonun əsas prioritetləri hərbçilərin əhval-ruhiyyəsinin bərpası, ordunun modernləşdirilməsi və təhdidlərin qarşısının alınmasını gücləndirmək olacaq.
Bunu ABŞ-nin yeni müdafiə naziri Pit Heqset ölkənin Silahlı Qüvvələrinə ilk müraciətində bildirib.
“Prezident bizim üzərimizə aydın bir missiya qoyub: güc youlu ilə sülhə nail olmaq. Biz bunu üç yolla edəcəyik: ordumuzda əhval-ruhiyyə və inamı bərpa etmək, silahlı qüvvələrimizi müasirləşdirmək və çəkindirmə qabiliyyətini gücləndirmək”, -nazir qeyd edib.
Onun sözlərinə görə, ABŞ Çinin Hind-Sakit okean regionunda təcavüzünün qarşısını almaq üçün müttəfiqlər və tərəfdaşlarla işləyəcək.