Yunanıstanda prezident seçkiləri ikinci tura qalıb

Dünən, 09:24           
Yunanıstanda prezident seçkiləri ikinci tura qalıb
Yunanıstan parlamentində keçirilən prezident seçkiləri namizədlərdən heç biri lazımi sayda səs toplamadığı üçün ikinci tura qalıb.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Yunanıstan parlamentində səlahiyyət müddəti martda başa çatacaq prezident Katerina Sakelaropolunu kimin əvəzləyəcəyini müəyyən etmək üçün seçkilər keçirilib.

Hakim Yeni Demokratiya Partiyasının namizədi Kostantinos Tasulas, ana müxalifət partiyası Panhellenik Sosialist Hərəkatının namizədi Tasos Yaniçis, Radikal Sol Alyansın namizədi Luka Kaçeli və Qələbə Partiyasının namizədi Kostas Kiryaku seçkidə iştirak edib.

300 yerlik parlamentdə 297 deputat səs verib. Tasulas 160 səslə birinci olub, Kaçeli 40, Yaniçis 34 və Kiryaku 14 səs ala biliblər. Bitərəflərin sayı isə 49 olub. Birinci turda heç bir namizəd prezident seçilmək üçün 200 səs toplamadığından seçkilər ikinci tura qalıb.

Yanvarın 31-də seçkilərin ikinci turu keçiriləcək. Yunanıstanda prezident hazırkı prezidentin səlahiyyət müddətinin bitməsinə ən azı bir ay qalmış parlament tərəfindən beş illik müddətə seçilir. Bir şəxs ölkədə maksimum iki müddət prezident ola bilər.

Prezident seçilmək üçün namizəd parlament deputatlarının ən azı üçdə ikisinin səsini almalıdır. Bu səs faizinə çatmazsa, 5 gün ərzində seçki təkrarlanır.

İkinci seçkidə lazımi sayda səs toplana bilmədikdə, 5 gün sonra üçüncü seçki keçirilir. Parlament üzvlərinin ümumi sayının beşdə üçünün dəstəyini alan namizəd prezident seçilir.

Üçüncü turda prezident seçilməzsə, 5 gün sonra keçiriləcək seçkilərdə deputatların ümumi sayının mütləq əksəriyyətinin dəstəyini alan namizəd prezident olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.