Qəzzada üz güldürən QƏRAR - Aclığın qarşısı belə alınır

10-02-2025, 07:04           
Qəzzada üz güldürən QƏRAR - Aclığın qarşısı belə alınır
İsrail və Fələstin HƏMAS hərəkatı arasında atəşkəs Qəzzada aclığın qarşısını almağa kömək etdi. Lakin vəziyyət qeyri-sabit olaraq qalır.

Bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Tom Fletçer "Associated Press" agentliyinə müsahibəsində bildirib.

“Hesab edirəm ki, aclıq təhlükəsinin qarşısı böyük ölçüdə alınıb. Qidalanma səviyyəsi atəşkəsdən əvvəl olduğundan aşağıdır. Vəziyyət hələ də dəhşətlidir və insanlar hələ də acdırlar”, - deyə o bildirib.

Fletçer xəbərdarlıq edib ki, atəşkəs pozularsa, aclıq tezliklə Qəzzaya qayıdacaq.

Bu il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. 42 gün davam edəcək atəşkəsin birinci mərhələsi çərçivəsində HƏMAS-ın bütün qadın və uşaqlar da daxil olmaqla 33 israilli girovu azad edəcəyi gözlənilir. İsrail buna cavab olaraq azad edilmiş hər mülki şəxs üçün 30, hər əsgər üçün isə 50 fələstinli məhbusu azad edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru