İran təhdid etdi: Hörmüz boğazını bağlaya bilərik!

10-02-2025, 11:44           
İran təhdid etdi: Hörmüz boğazını bağlaya bilərik!
İran lazım gələrsə, Hörmüz boğazını bağlaya bilər.

TEREF Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri deyib.

“Hərbi gücə əl atmaqla Hörmüz boğazını bağlaya bilərik. Ancaq biz indi boğazdan istifadə etdiyimiz halda bunu etməyəcəyik” , - deyə Tanqsiri qeyd edib.

Tangsiri vurğulayıb ki, ABŞ heç vaxt İran neftinin ixracını dayandırmaq məqsədinə nail ola bilməyəcək.

O, Şahid Bakeri PUA-sının və helikopter daşıyıcı gəmisinin SEPAH Hərbi Dəniz Qüvvələrində istismara verilməsini xatırladıb. Onun sözlərinə görə, gəmi 1000 kilometrə qədər mənzilli raketləri də buraxa bilir.

Tanqsiri izah edib ki, raket silahları sayəsində gəmi özünü müdafiə edə bilir. O əlavə edib ki, gəmi anqarlarda beş helikopter və göyərtədə dörd böyük helikopter daşıya bilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru