Aktrisa canlı yayımda həbs olundu - Video

13-10-2016, 10:25           
Aktrisa canlı yayımda həbs olundu - Video
Amerikalı aktrisa Şailena Uidley neft boru xəttinə qarşı keçirilən aksiyada həbs olunub.

Musavat.com-un məlumatına görə, aktrisanın anası aksiyadan facebook sosial şəbəkəsinin canlı yayımına qoşulub. Canlı yayımda aktrisa polislər tərəfindən qandallanaraq aparılıb. Görüntüləri izləyən yüzlərlə insan da hadisə yerinə axışaraq aksiyaya şuarlar səsləndirərək dəstək verib. Polis aktrisadan başqa 26 nəfərin də saxlanıldığını və onların yaxında məhkəməyə çıxarılacaqlarını bildirib.

Qeyd edək ki, ABŞ-ın Kanada ilə sərhədi yaxınlığında olan neft borusu yerli amerikalılar tərəfindən narazılıqla qarşılanır. Keçən ay da Boru xəttinə qarşı aksiyalar təşkil olunmuşdu.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru