Azərbaycanlı kosmosda yeni dövlət yaradır — FOTOLAR

14-10-2016, 01:07           

Kosmos üzrə YUNESKO-nun beynəlxalq komissiyasının prezidenti İqor Aşurbəyli Parisdə Qərb jurnalistlərinə “Asgardia” adlı yeni layihəni təqdim edib.

teref.az AzVision.az-a istinadən xəbər verir ki, İqor Aşurbəylinin rəhbərliyi altında beynəlxalq komanda genişmiqyaslı layihəyə, kosmosda “Asgardia” adlı müstəqil dövlətin yaradılmasına başlayır.

Bu ölkənin ilk “kərpici” isə gələn il kosmosa buraxılması planlaşdırılan peykdir.

Layihənin olduqca demokratik olacağı bildirilir. Gələcək ölkənin ilk sakinləri layihənin saytında qeydiyyatdan keçən 100.000 adam olacaq.

Aşurbəylinin sözlərinə görə, “Asgardia” kosmosda dövlətçiliyin yeni forması ola bilər. Bura yeni millətin yaranacağı ölkəyə çevrilə bilər.

Layihədə iştirak edən alimlər ümid edirlər ki, “Asgardia” bütün bəşəriyyətə xeyir verəcək bir layihə olacaq.

Qeyd edək ki, İqor Aşurbəyli 9 sentyabr 1963-cü ildə Bakıda anadan olub. Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədridir. “Almaz-Antey” konstruktor bürosunun sabiq rəhbəri, Texnika elmləri doktorudur.

2011-ci ilədək İqor Aşurbəyli on il “Almaz-Antey” baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu “Almaz” korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru