“Ermənistanı yaxın zamanda real iqtisadi fəlakət gözləyir” –Levon Ter-Petrosyan

14-10-2016, 01:28           

"Ermənistanı yaxın zamanda real iqtisadi fəlakət gözləyir".

APA-nın “aysor.am”-a istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

"Rejim idarəçilik sisteminin islahatlaşdırılması və seçki prosesinin səhnələşdirilməsi ilə məşğul olduqca, ölkənin yaxın zamanda real iqtisadi fəlakətlə üzləşməsi gözlənilir. Bu mərasimlər dövlətin sağlamlaşdırılmasına deyil, iqtidarın hakimiyyətini möhkəmləndirməyə və əbədiləşdirməyə xidmət edir”, – deyə, o, qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru