Sabiq prezident HƏBS OLUNDU: İnsanlıq əleyhinə cinayətlərdə İTTİHAM OLUNURFOTO
Dünən, 15:27
Filippinin keçmiş prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında Manilada həbs edilib.
Musavat.com xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Məlumatda bildirilir ki, bu, BCM-in onun narkotiklərə qarşı müharibəsində insanlığa qarşı cinayətlərdə ittiham edən order verməsindən sonra baş verib. Hüquq müdafiəçilərinin iddialarına əsasən, onun narkotiklərlə mübarizə kampaniyası çərçivəsində on minlərlə filippinli edam edilib.
“Reuters” xəbər verir ki, 79 yaşlı Duterte dəfələrlə sərt repressiyalarını müdafiə edib.
Sabiq prezident narkotik ticarətində şübhəli bilinən şəxslərin qətlinə göstəriş verdiyini inkar edib və yalnız özünümüdafiə məqsədilə güc tətbiqinə icazə verdiyini bildirib.
Qeyd edək ki, Rodriqo Duterte 2016-cı ildən 2022-ci ilə qədər Filippin prezidenti olub.