"Bitcoin"in məzənnəsində yeni rekord

Bu gün, 15:57           
"Bitcoin"in məzənnəsində yeni rekord
"Bitcoin"in məzənnəsi 124 min dollar həddini keçərək yeni tarixi rekorda imza atıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Binance"ın məlumatlarında bildirilir.

Belə ki, "Bitcoin"in qiyməti artımını sürətləndirərək saat 04:40-da 124 000 dollardan baha olub.

Sonra məzənnədə azalma baş verib və saat 06:10-da 123.560 dollar səviyyəsinə enib.
Xatırladaq ki, "Bitcoin"in qiyməti sonuncu dəfə 2025-ci il iyulun 14-də 121 014 dollara qədər yüksələrək bütün zamanların ən yüksək həddinə çatmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru