Dünyanın aparıcı maliyyə mərkəzləri məlum oldu

21-03-2025, 17:34           
Dünyanın aparıcı maliyyə mərkəzləri məlum oldu
Nyu-York yenidən dünyanın ən böyük maliyyə mərkəzləri siyahısında lider olub.

Oxu.Az xəbər verir, bu məlumat maliyyə konsaltinq şirkəti "Z/Yen Group Ltd" tərəfindən hazırlanan və "Global Financial Centres Index" göstəricisini hesablayan araşdırmada öz əksini tapıb.

Nyu-York 2018-ci ilin payızından bəri reytinqdə birinci yeri tutur. 2024-cü ilin sentyabrında açıqlanan əvvəlki reytinq ilə müqayisədə şəhər öz göstəricisini 6 bal artıraraq 769 bal toplayıb.

İkinci yerdə qərarlaşan London isə liderlə olan fərqini bir qədər azaltmağı bacarıb və aktivini 12 bal artıraraq 762 bal toplayıb.

Reytinqin ilk beşliyini Honkonq, Sinqapur və San-Fransisko tamamlayır.

Dünya Maliyyə Mərkəzləri İndeksi ilk dəfə 2007-ci ildə dərc edilib və hər yarım ildən bir yenilənir. Son reytinq, təxminən 5 min respondentin sorğusu əsasında tərtib edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru