Sudan ordusu paytaxtda bir neçə hökumət binasına nəzarəti ələ alıb

22-03-2025, 09:14           
Sudan ordusu paytaxtda bir neçə hökumət binasına nəzarəti ələ alıb
Sudan ordusu Respublika Sarayında üsyançı Çevik Dəstək Qüvvələrinin şəxsi heyətini və texnikasını məhv edib, onların silahlarını müsadirə edib və Xartumun mərkəzindəki nazirlik binalarına nəzarəti ələ alıb.

AZƏRTAC Sudan Xəbər Agentliyinə istinadla bildirir ki, ordu komandanlığı bu gün verdiyi bəyanatda Respublika Sarayının azad edilməsini tarixi məqam adlandırıb.

Bəyanatda qeyd olunur ki, geri çəkilən Çevik Dəstək Qüvvələri “psixoloji və mənəvi cəhətdən çöküb”. Bildirilir ki, sakinlər Bəhri, Şərqi Nil və Omdurmana geri qayıda bilərlər. Xartum hava limanı tezliklə fəaliyyətini bərpa edəcək.

Eyni zamanda, Sudanın təhlükəsizlik qüvvələrinin komandanlığı geri çəkilməkdə olan üsyançılar tərəfindən Xartumda Prezident Sarayına dron hücumu nəticəsində 3 nəfərin həlak olduğu, bir neçə şəxsin yaralandığı barədə məlumat yayıb. Ölənlər Sudan Televiziyasının əməkdaşlarıdırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru