Kanadada növbədənkənar parlament seçkisi keçiriləcək

24-03-2025, 12:38           
Kanadada növbədənkənar parlament seçkisi keçiriləcək
Kanadanın Baş naziri Mark Karni aprelin 28-də növbədənkənar parlament seçkisinin keçiriləcəyini elan edib.

Karni bu barədə dövlət televiziyasında xüsusi müraciəti zamanı məlumat verib.

"Mən indicə Kanadanın Baş Qubernatoru Meri Saymondan Parlamenti buraxmağı və aprelin 28-nə seçki təyin etməyi xahiş etdim", - deyə M.Karni bildirib.

Baş nazir qeyd edib ki, növbədənkənar seçkinin keçirilməsi qərarını ölkənin iqtisadi problemlərini tez bir zamanda düzəltmək və ABŞ administrasiyasının tarif siyasətinə cavab vermək zərurəti ilə qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru