Rusiya “Terminator”unu havaya qaldırdı

3-06-2015, 11:46           
Rusiya “Terminator”unu havaya qaldırdı
Rusiya hərbi sənayesinin istehsalı olan Mi-8AMTŞ-V “Terminator” helikopterləri gecə təlimləri həyata keçirib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Hərbi Dairəsinin mətbuat xidmətindən RİA Novosti-yə bildirilib. Gecə təlimləri zamanı universal silah kompleksi və idarəolunmayan aviasiya raketlərindən istifadə olunub. “Döyüş tapşırığının yerinə yetirilməsi zamanı pilotlar hədəfi tapmalı, ən alçaq məsafədə yaxınlaşmalı və məhv etməli idi”, - məlumatda bildirilib. İki gün ərzində pilotlar kəşfiyyat tapşırıqlarını yerinə yetirib, göstərilən marşrut üzrə uçuşlar həyata keçirib və şərti düşmənə atəş açıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.