Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso 17-04-2025, 08:44 Mayın 9-da faşizm üzərində Qələbənin 80 illiyini qeyd etmək üçün Moskvaya gedəcəyəm, amma Kiyevdə də tədbirlər olsa, ora nümayəndə göndərəcəyəm.Axar.az xəbər verir ki, bunu Slovakiya Baş naziri Robert Fitso deyib.“Mən eyni vaxtda iki yerdə ola bilmərəm. Mayın 9-da Moskvada olacağam”, - Fitso bildirib.Qeyd edək ki, Ukrayna Prezidenti Zelenski Avropa ölkələri liderlərinə 9 mayda Kiyevə səfər etməyi təklif etməyə hazırlaşır. Facebook-da paylaş