Əfqanıstanda 6.2 maqnitudalı zəlzələ baş verib

16-04-2025, 17:18           
Əfqanıstanda 6.2 maqnitudalı zəlzələ baş verib
Əfqanıstanın şimal-şərqində, Pakistanla sərhədin yaxınlığında 6.2 maqnitudalı yeraltı təkan qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Altay-Sayan filialı məlumat verib.

Filialın operativ məlumatına əsasən, çərşənbə günü Bakı vaxtı ilə saat 03:14-də qeydə alınan zəlzələnin episentri Pakistan sərhədindən təxminən 14 km aralıda, Əfqanıstanın Əsədabad şəhərindən 89 km şimalda yerləşib.

Episentrdəki silkələnmələrin intensivliyinə görə zəlzələ "dağıdıcı" kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5.6 olaraq qiymətləndirib. Qurumun məlumatına görə, zəlzələnin ocağı 99 km dərinlikdə yerləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru