ABŞ vitse-prezidenti Arktikada liderliyi gücləndirməyə çağırıb

29-03-2025, 12:14           
ABŞ vitse-prezidenti Arktikada liderliyi gücləndirməyə çağırıb
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Amerikanın Arktikadakı liderliyini gücləndirməyə çağırıb.

32gun.az Xarici KİV-ə istinadən xəbər verir ki, O, Rusiyanın, Çinin və digər ölkələrin Arktika resurslarına və dəniz yollarına artan marağına diqqət çəkib.

Vens bildirib ki, ABŞ aktiv tədbirlər görməsə, bu strateji əhəmiyyətli bölgə digər dövlətlərin nəzarətinə keçə bilər.

Qeyd edək ki, ABŞ daha əvvəl Rusiyanın Arktikadakı fəallığına cavab olaraq genişmiqyaslı buzqıran gəmilərin tikintisi proqramına start vermişdi. Vaşinqton Arktikanı özünün strateji maraq dairəsi kimi qiymətləndirir və Rusiyanın Şimal dəniz yolundakı uğurlarından narahatdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.