Ceff Bezos evlənir: Milyon dollarlıq toyun təfərrüatları

30-03-2025, 12:03           
Ceff Bezos evlənir: Milyon dollarlıq toyun təfərrüatları
"Amazon"un qurucusu Ceff Bezos nişanlısı Lauren Sançezlə evlənir.

TEREF Axşam.az-a istinadən xəbər verir ki, məşhur cütlüyün Venesiyada keçiriləcək milyon dollarlıq toyu ilə bağlı təfərrüatlar ortaya çıxıb.

Gecəyə dəvət edilənlər sırasında Hollivud aktyorları Leonardo Di Kaprio, Eva Lonqoriya, Orlando Blum və müğənni həyat yoldaşı Keti Perri, prodüser Brayan Qleyzer, əfsanəvi müğənnilər Barbra Streisand, Jewel, ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp, onun həyat yoldaşı Cared Kuşner, Coşua Kuşner və model həyat yoldaşı Karli Klossu, milyarder Bill Qeyts, iş adamı Barri Diller və onun dizayner həyat yoldaşı Diane von Fürstenberg, Anna Vintur, modellər Kamila Morrone, Bruks Nader, İordaniya kraliçası Rania Al Abdullah və digərləri yer alır.

Sançesin "Oscar de la Renta" tərəfindən hazırlanmış gəlinlik geyinəcəyi gözlənilir. Mərasim Bezosun 500 milyon dollarlıq "Koru" adlı yaxtasında (127 metrlik yaxtanın burnunda Sançezin heykəli qoyulub - red.) keçirilə bilər.

Qeyd edək ki, cütlük 2019-cu ildən birlikdədir.

Bezos daha əvvəl Makkenzi Skottla evli olub. Onların 25 illik evliliyindən dörd övladı dünyaya gəlib. Ayrılığa səbəb Bezosun ona Sançezlə xəyanət etməsi olub.

Boşandıqdan sonra Bezos keçmiş xanımına “Amazon” səhmlərinin bir hissəsini verib, bu da Skottu dünyanın ən zəngin qadınlarından biri edib.

Sançez isə iki dəfə ailəli olub. Üç övladı var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.