Uqandada meymunçiçəyinə yoluxma 5 minə çatır, ölənlər var

30-03-2025, 11:31           
Uqandada meymunçiçəyinə yoluxma 5 minə çatır, ölənlər var
Uqandada meymunçiçəyi (mpox) epidemiyasının elan edilməsindən sonra son səkkiz ay ərzində təsdiqlənmiş xəstəlik hallarının ümumi sayı 4 810 nəfərə çatıb.

Bu, Uqanda Səhiyyə Nazirliyinin məlumatlarında əks olunub.

Qurumun hesabatına əsasən, bu müddət ərzində ölənlərin sayı 37 nəfər təşkil edib.

"Son 24 saat ərzində 13 yeni yoluxma, 6 ölüm faktı qeydə alınıb. Mpox xəstəliyinə yoluxma halları artmaqda davam edir, nəzərəçarpacaq pik həddi 2025-ci ilin martında baş verir. Ən çox yoluxmuş demoqrafik qrup 25-29 yaş arası insanlardır", - məlumatda bildirilir.

Qeyd edək ki, martın 28-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, Uqandada dünyada meymunçiçəyinə yoluxma hallarının ən böyük sayı qeydə alınıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.