AEBA-nın baş direktoru İrana gedəcək

2-04-2025, 10:18           
AEBA-nın baş direktoru İrana gedəcək
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İrana gedəcək.

Bu barədə İran xarici işlər naziri Abbas Əraqçi ilə Qrossi arasında baş tutan telefon danışığında razılıq əldə olunub.

Qeyd olunub ki, nazir nüvə müzakirələrindəki son vəziyyətlə bağlı həmsöhbətini məlumatlandırıb.

Əraqçi AEBA-nı İranın nüvə obyektlərinə qarşı təhdidlərə qarşı aydın mövqe tutmağa çağırıb.

Həmçinin, tərəflər ikitərəfli əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru