Ukrayna ABŞ qarşısında şərt qoyub VİDEO

2-04-2025, 10:40           
Ukrayna ABŞ qarşısında şərt qoyub  VİDEO
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, ABŞ ilə faydalı qazıntılar haqqında razılaşma Kiyevin Avropa İttifaqına (Aİ) can atmasına dair mövqeyi ilə ziddiyyət təşkil etməməlidir.

Bu barədə "RBK-Ukraina" xəbər verir.

"Bu razılaşma heç bir halda bizim avrointeqrasiya yolumuza, Aİ-yə inteqrasiyamıza zidd ola bilməz", - deyə A.Sibiqa bildirib.

O vurğulayıb ki, bu, Ukraynanın ABŞ ilə dialoqda prinsipial mövqelərindən biridir.

Xatırladaq ki, martın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən faydalı qazıntılar üzrə razılaşmanın yeni variantını aldığını açıqlayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru