625 metrlik uçurumun üzərində: Yerin çatını "qucaqlayan" ən hündür körpü

Bu gün, 12:18           
625 metrlik uçurumun üzərində: Yerin çatını "qucaqlayan" ən hündür körpü
Çinin Queyçjou vilayətində dünyanın ən hündür körpüsünün tikintisi bitmək üzrədir. "Huaçzyan Qrand Kanyon" adlanan bu mühəndislik nəhəngi iyunda istifadəyə veriləcək.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "IFLScience" portalında xəbər verilib.

Bildirilir ki, 625 metr hündürlüyü ilə nəhəng tikili əvvəlki rekorda sahib olan Eypantszyan körpüsünü geridə qoyacaq. Körpü 1420 metr uzunluğa malikdir və dərənin üzərindən heç bir dayaq üstündə deyil.

Ancaq körpünün möhtəşəmliyi təkcə hündürlüyündə deyil - o xüsusi asma sistemlə, nəhəng troslar və gücləndirilmiş dayanıqlıq texnologiyaları ilə inşa olunub.

Konstruksiya 1100°C istiliyə belə dözə bilir.

Layihənin rəhbəri bildirir ki, bu "Yerin çatını qucaqlayan" körpü Çin mühəndisliyinin zirvəsi və turizm möcüzəsi olacaq. Körpüdə həmçinin şəffaf lift, kafe və turist mərkəzi də planlaşdırılır.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.