İran İsrailə xəbərdarlıq edib: Təhdidlərə cavab verməyə hazırıq 27-05-2025, 10:34 İran Ordusunun baş komandanı, general-mayor Əbdülrəhim Musəvi İsrailə xəbərdarlıq edib.“Report” “İrna”ya istinadən xəbər verir ki, o, bildirib ki, İsrail İrana zərər verə bilməz:“İran təhdidlərə lazımi cavab verməyə tam hazırdır”.Musəvi bu sözləri İsrail rəsmilərinin son həftələrdə İranın nüvə obyektlərinə zərbələr endirməsi ilə bağlı ritorikasına dair suala cavab olaraq deyib. Facebook-da paylaş