Ukrayna ABŞ-dən qaz almaq üçün yeni marşrut tapıb

29-05-2025, 09:24           
Ukrayna ABŞ-dən qaz almaq üçün yeni marşrut tapıb
Ukrayna hökuməti ABŞ-dən mayeləşdirilmiş təbii qazın (MTQ) idxalı üçün yeni nəqliyyat marşrutu müəyyən edib.
Bu barədə "RBK Ukrayna" məlumat yayıb.

Məlumatda bildirilir ki, ilk qaz tədarükləri iyun ayında başlaya bilər. Əgər tədarüklər oktyabrdan sonra da davam edərsə, Ukrayna ilin sonuna qədər 700–800 milyon kubmetrədək ABŞ MTQ-si ala bilər.

Qaz Yunanıstandan Rumıniya, Bolqarıstan və Moldova üzərindən Ukraynaya revers (əks istiqamətli) axınla çatdırılacaq. Bu marşrut Kiyevə gündəlik təxminən 3 milyon kubmetr qaz əldə etməyə imkan verəcək.

Buna qədər "Reuters" agentliyi mənbələrə istinadla yazmışdı ki, Rusiya və ABŞ Avropaya Rusiya qazının tədarükünün bərpası məsələsini müzakirə edirlər. Məlumatda qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp Ukraynada sülhə nail olmaq istəyir və bu da qaz sahəsində münasibətlərin istiləşməsi ehtimalını artırır.

Eyni zamanda, ABŞ-nin bu prosesdə iştirakı Vaşinqtona Avropaya gedən Rusiya qazının həcmini görmək və bəlkə də nəzarət etmək imkanı verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru