ABŞ Avropa rəsmilər üçün yeni viza məhdudiyyətlərini elan edib
29-05-2025, 12:14
ABŞ xarici rəsmi şəxslərə, o cümlədən Avropadan olan məmurlara qarşı viza məhdudiyyətləri tətbiq edəcək. Bu şəxslər amerikalıların xaricdə söz azadlığını məhdudlaşdırmaqda ittiham olunur.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində bildirib.
“Bu gün amerikalıların səsini boğmaqda iştirak edən xarici məmurlara və digər şəxslərə qarşı viza məhdudiyyətləri ilə bağlı yeni siyasəti elan edirəm”, – deyə Rubio qeyd edib.
O, söz azadlığının ABŞ cəmiyyəti üçün mühüm əhəmiyyət daşıdığını və bu hüququn toxunulmaz olduğunu vurğulayıb.
Dövlət katibi əlavə edib ki, xarici hökumətlər bu hüququ məhdudlaşdırmaq səlahiyyətinə malik deyillər.
Rubio konkret kimlərə və hansı formada məhdudiyyətlərin tətbiq olunacağını açıqlamayıb, lakin Latın Amerikası və Avropanı xüsusi olaraq qeyd edib.