İran hansı şərtlə uranın zənginləşdirilməsini dayandıracaq?

29-05-2025, 15:18           
İran hansı şərtlə uranın zənginləşdirilməsini dayandıracaq?
ABŞ respublikanın dondurulmuş aktivlərini blokdan çıxarmağa razılaşarsa və onun dinc məqsədlərlə zənginləşdirmə hüququnu tanıyarsa, Tehran uranın zənginləşdirilməsini bir il müddətinə dayandıra bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" İran mənbələrinə istinadən məlumat verib.

Mənbələrin bildirdiyinə görə, ABŞ İranın şərtlərini qəbul edərsə, iki tərəf siyasi razılaşma əldə edə biləcək. Qeyd olunur ki, ABŞ-nin danışıqlar qrupu ilə məsələ hələ müzakirə edilməyib. Yüksək dərəcədə zənginləşdirilmiş ehtiyatların bir hissəsi digər ölkələrə çatdırılacaq və ya dinc məqsədlər üçün yanacağa çevriləcək.

ABŞ dəfələrlə bəyan edib ki, İranın nüvə proqramı ilə bağlı yeni saziş zənginləşdirmənin dayandırılmasını nəzərdə tutmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru