Fransada pedofil cərrah yüzlərlə uşağa cinsi təcavüz edib

29-05-2025, 15:27           
Fransada pedofil cərrah yüzlərlə uşağa cinsi təcavüz edib
Fransa tarixinin ən qalmaqallı pedofiliya işində müttəhim Joel Le Squarnek 20 il həbs cəzasına məhkum edilib.
Bu barədə kommersant.ru yazır.

Cəzasını çəkdikdən sonra o, daha 15 il sosial-tibbi mərkəzdə nəzarət altında qalmalı olacaq.

Məhkəmə onu əsasən yetkinlik yaşına çatmayanlardan ibarət 299 nəfərə təcavüz və cinsi qısnamada təqsirli bilib. Həkimin polis tərəfindən aşkar edilmiş gündəliyində isə 349 nəfərin adı olub.

Le Squarnek Fransanın qərbində bir neçə klinikada çalışıb. Hazırda onun 74 yaşı var. O, 2020-ci ildə ələ keçib.

Cərrahın qurbanlarının orta yaşı 11-dir. Onun əməllərindən zərər çəkənlərdən ən kiçiyinin 1, ən böyüyünün isə 70 yaşı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru