Almaniya rəsmsindən Ukrayna-Rusiya münaqişəsi ilə bağlı AÇIQLAMA
Dünən, 11:24
Almaniya XİN-nin rəsmisi bildirib ki, Ukraynadakı münaqişə danışıq yolu ilə bitəcək. Almaniyanın xarici işlər naziri Johann Wadephul Ukraynadakı münaqişənin danışıqlar yolu ilə başa çatacağını bildirib. Ajans.az xəbər verir ki, o, bu barədə "Süddeutsche Zeitung" qəzetinə müsahibəsində bildirib.
Nazir vurğulayıb ki, Rusiyanın nüvə silahı qarşısında tam məğlubiyyəti real deyil və buna görə də vəziyyətə daha dürüst yanaşmaq lazımdır.
Wadephul əlavə edib ki, Almaniya Rusiya ilə “hibrid müharibə” vəziyyətində olsa da, “müharibə” ifadəsindən qaçmağı üstün tutur və problemin həlli üçün yeni yollar axtarır.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 2-də İstanbulda Ukrayna ilə danışıqların ikinci raundunun keçiriləcəyini açıqlayıb. Lavrovun sözlərinə görə, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukraynaya memorandum təqdim edəcək və bununla münaqişənin əsas səbəblərinin aradan qaldırılması üzrə irəliləyiş gözlənilir.