Dünyanın ən zəngin adamı narkotikə qurşanıb

31-05-2025, 09:52           
Dünyanın ən zəngin adamı narkotikə qurşanıb
Amerikalı iş adamı İlon Maskın əvvəl düşünüləndən daha çox narkotik maddə istifadə etdiyi, o cümlədən Trampın seçki kampaniyası dövründə bunu daha aktiv şəkildə etdiyi açıqlanıb. 53 yaşlı milyarderin narkotik asılılığı səbəbi ilə sağlamlıq problemləri yaşadığı, daha aqressiv olduğu, əhvalının tez-tez dəyişdiyi bildirilir.

"The New York Times" xəbər verir ki, Mask ətrafındakılara çoxlu ketamin qəbul etdiyini deyib. Milyarder bəzən hər gün ketamin qəbul edir, onu digər narkotiklərlə qarışdırır və həmçinin özəl ziyafətlərdə ekstazi və psixotrop göbələklərdən istifadə edir.

Biznesmen əvvəllər ketaminin həkimlər tərəfindən depressiya üçün təyin edildiyini deyib və qadağan olunmuş maddələrdən istifadə etdiyi barədə məlumatları təkzib edib.

Qeyd edək ki, "Blumberq Milyarderlər İndeksi"nə görə, Mask hazırda 387 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanı hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru