Almaniyada miqrantlara rekord sayda pasport verilib

1-06-2025, 12:28           
Almaniyada miqrantlara rekord sayda pasport verilib
2024-cü ildə Almaniya vətəndaşlığını qəbul edən əcnəbilərin sayı rekord həddə çatıb.

Bu barədə "Welt" qəzeti Almaniyanın federal əyalətlərinin hökumət orqanlarına istinadən məlumat verib.

Mənbənin sözlərinə görə, buna səbəb vətəndaşlıq prosedurunu sadələşdirən qanunvericiliyin yumşaldılması olub.

Qeyd olunur ki, ötən il 250 minə yaxın şəxs alman pasportu alıb. 2023-cü ildə vətəndaşlıq alanların ümumi sayı təxminən 200 min nəfər idi.

Statistikaya əsasən, yeni pasport alanların əsas hissəsi Suriya və Türkiyədən gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru