Britaniya bu sahəyə yatırım edəcək: 15 milyard funt sterlinq...

3-06-2025, 11:34           
Britaniya bu sahəyə yatırım edəcək:
Britaniya nüvə silahlarının modernləşdirilməsinə 15 milyard funt sterlinq sərmayə qoyacaq.
Böyük Britaniya nüvə başlıqları arsenalının modernləşdirilməsi proqramına 15 milyard funt sterlinq xərcləyəcək.
Ajans.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Qlazqoda keçirdiyi mətbuat konfransında bildirib.

“Bu gün təsdiq edə bilərəm ki, suveren nüvə başlığı proqramımıza 15 milyard funt sterlinq xərcləyəcəyik. Nüvə çəkindirici qüvvələrin qarşıdakı modernləşdirilməsi tarixi olacaq”, - o deyib.

Xatırladaq ki, iyunun 1-də Böyük Britaniya hökuməti sualtı qayıqların tikintisi proqramını genişləndirmək planlarını açıqlamışdı. Söhbət AUKUS proqramı çərçivəsində 12 sualtı qayığın inşasından gedir. Qurumun saytında bunun ölkənin nüvə arsenalının yenilənməsi proqramı üçün ayrılmış 15 milyard funt sterlinqlik investisiyalar əsasında həyata keçiriləcəyi bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru