Mask Yer kürəsinin ən nəhəng binasını inşa etməyə hazırlaşır

3-06-2025, 16:14           
Mask Yer kürəsinin ən nəhəng binasını inşa etməyə hazırlaşır
Amerikalı milyarder və “SpaceX” şirkətinin rəhbəri İlon Mask dünyanın ən böyük sənaye obyektlərindən birini – “Gigabay” adlı nəhəng istehsalat kompleksini tikməyi planlaşdırır.
İqtisadiyyat.az xəbər verir ki, Mask bu barədə Texasda keçirilən təqdimat zamanı geniş məlumat verib.

Onun sözlərinə görə, “Gigabay” bəzi göstəricilərinə görə Yer kürəsindəki ən iri tikinti ola bilər.

“Bu, bizim inşa etdiyimiz və hazırda tikintisi davam edən "Gigabay" zavodudur. Planlaşdırılan ölçülər və imkanlara əsasən, düşünürəm ki, bu obyekt dünyanın ən böyük sənaye kompleksi olacaq”, – deyə Mask bildirib.

Yeni zavodun əsas funksiyası “Starship” kosmik gəmilərinin rekord sayda – ildə min ədəd istehsalını təmin etməkdir. Bu cür kütləvi istehsal həm Marsın kolonizasiyası, həm də NASA-nın Ay proqramlarına texniki dəstək baxımından “SpaceX” üçün strateji əhəmiyyət daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru