ABŞ-də alüminiumun qiyməti Trampın qərarına görə kəskin artıb

3-06-2025, 17:34           
ABŞ-də alüminiumun qiyməti Trampın qərarına görə kəskin artıb
Birləşmiş Ştatlarda alüminium və poladın qiymətində kəskin artım müşahidə olunub. Bu artımın əsas səbəbi Donald Trampın bu metallara tətbiq olunan gömrük rüsumlarını artırmaq qərarıdır.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

"Nyu-Yorkun Comex" birjasında alüminiumun fyuçers qiyməti son 12 ilin maksimum həddinə çataraq 54 faiz yüksəlib və bir ton üçün təxminən 1280 dollar təşkil edib. Poladın fyuçersləri isə həmin dövrdə 8 faizdən çox bahalaşıb.

"Citigroup Inc". analitiklərinin fikrincə, bu artımın davam edəcəyi gözlənilir: “ABŞ-nin nə alüminium, nə də polad üzrə yetərincə daxili istehsal gücü yoxdur”.

Donald Tramp açıqlamasında xaricdən idxal olunan polad üçün gömrük rüsumlarının 25 faizdən 50 faizə qaldırılacağını bildirib. O, bu addımın ABŞ polad sənayesini qoruyacağını, yerli zavodların gəlirlərini artıracağını və yeni istehsalat sahələrinə sərmayələri stimullaşdıracağını qeyd edib.

Lakin tikinti sektorunda fəaliyyət göstərən şirkətlər xəbərdarlıq ediblər ki, alüminium və polad üzrə vergi artımı əsas tikinti materiallarının qiymətinin yüksəlməsinə səbəb olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru