Bill Qeytsin sərvətinin əsas hissəsi Afrikaya gedəcək

3-06-2025, 16:34           
Bill Qeytsin sərvətinin əsas hissəsi Afrikaya gedəcək
"Microsoft"-un qurucusu Bill Qeytsin sərvətinin əsas hissəsi Afrikaya humanitar yardıma sərf olunacaq.

Teleqraf xəbər verir ki, o, bu barədə iyunun 2-də Afrika İttifaqının Efiopiyanın paytaxtı Əddis-Əbəbədəki mənzil-qərargahında çıxışı zamanı bildirib.

O deyib: "Mən bu yaxınlarda söz verdim ki, sərvətim növbəti 20 il ərzində xərclənəcək. Bu maliyyənin əsas hissəsi Afrikadakı problemlərin həllinə kömək etmək üçün xərclənəcək".

O əlavə edib ki, pul Bill və Melinda Qeyts Fondu vasitəsilə çatdırılacaq.

Yazda Qeyts elan etmişdi ki, 2045-ci ilə qədər fond müxtəlif layihələrin maliyyələşdirilməsinə 200 milyard dollar yönəldəcək.

Bu gün Geyts planetin ən varlı adamları siyahısında beşinci yerdədir. Onun şəxsi sərvəti 175 milyard dollara çatır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru