Xəstəxanalar boşalır:20 min həkim ölkəni tərk edib
3-06-2025, 15:18
Yunanıstanda aşağı maaşlar, həddindən artıq iş yükü, tibbi heyətin çatışmazlığı və iqtisadi qeyri-müəyyənlik səbəbilə çox sayda həkim xaricə köç etməyə üstünlük verir.
"Cebheinfo.az" xəbu barədə Yunanıstan mətbuatına istinadən məlumat verib.
Yunanıstanda 2010-cu ildən etibarən iqtisadi böhranın daha da dərinləşməsi nəticəsində təxminən 20 min həkimin ölkəni tərk etdiyi bildirilib.
Dövlət xəstəxanalarında çalışan gənc həkimlərin aylıq maaşlarının 1500 avrodan az olduğu, onların həftəlik iş saatlarının isə 65-i keçdiyi vurğulanıb.
Ölkəni tərk edənlərin əsasən 25-44 yaş arası gənc mütəxəssislər olduğu bildirilir. Bu hal təkcə səhiyyə xidmətlərinin keyfiyyətinə mənfi təsir göstərmir, eyni zamanda ölkənin məhsuldar əhalisinin azalmasına da səbəb olur.
Yunan həkimlərin ən çox üstünlük verdiyi ölkələr arasında İngiltərə, Almaniya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı var.