Polşanın yeni prezidentinin qızı atasını kölgədə qoydu – Sosial şəbəkələrdə ulduza çevrildi VİDEO

3-06-2025, 15:27           
Polşanın yeni prezidentinin qızı atasını kölgədə qoydu –
Polşanın yeni seçilmiş Prezidenti Karol Navrotskinin qələbə nitqi zamanı onun kiçik qızı Kasia Navrotska bütün diqqəti üzərinə çəkərək sosial şəbəkələrdə gündəm olub.

Oxu.Az-ın verdiyi məlumata görə, təkcə "TikTok"da paylaşılmış video bir gündə 14 milyon nəfərdən çox baxış toplayıb.

Kadrlardan görünür ki, səhnədə atasının çıxışı fonunda Kasia mavi don və başında bantla kameralar qarşısında uşaq şıltaqlığı nümayiş etdirib: gülüb, əl yelləyib, ürək işarələri göstərib və Polşa bayrağı ilə oynayıb.

Jurnalistlərin lentə aldığı görüntülərdə Kasianın səmimi və məsum davranışları milyonlarla insanın ürəyini fəth edib.

Qeyd edək ki, Karol Navrotskinin üç övladı var və videoda əks olunan onun ən kiçik qızıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.