İndoneziya stereotipləri qırır: İşləmək üçün yaş məhdudiyyətləri götürüldü

3-06-2025, 16:28           
İndoneziya stereotipləri qırır: İşləmək üçün yaş məhdudiyyətləri götürüldü
İndoneziya hökuməti işə qəbul prosesində yaşa görə məhdudiyyətlərin tətbiqini rəsmi olaraq qadağan edib. Yeni qanun ölkə vətəndaşlarına yaşından asılı olmayaraq bərabər hüquqların təmin olunmasına və əmək bazarında diskriminasiya hallarının qarşısının alınmasına xidmət edir.

Bu barədə "South China Morning Post" məlumat yayıb.

Qanuna əsasən, işəgötürənlərin vakansiyalarında yaş tələbi irəli sürməsi artıq qanun pozuntusu hesab ediləcək və belə hallara yol verən müəssisələrə cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, İndoneziyada indiyədək bir çox şirkət 45 yaşdan yuxarı namizədləri qəbul etməkdən imtina edir, bəzən isə müəyyən "optimal yaş həddinə" çatmamış gəncləri namizəd kimi nəzərə almırdı.

Rəsmi dairələrin fikrincə, bu addım ölkə əhalisinin iqtisadi aktivliyini artırmalı və xüsusilə həssas qruplar arasında işsizlik səviyyəsini azaltmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru