Braziliya Prezidenti Putindən Zelenski ilə görüşməyi xahiş edib

4-06-2025, 10:18           
Braziliya Prezidenti Putindən Zelenski ilə görüşməyi xahiş edib
Braziliya Prezidenti Luis İnasio Lula da Silva bildirib ki, İstanbul danışıqları ərəfəsində Rusiya Prezidenti Vladimir Putinə Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyi tövsiyə edib.
Bu barədə o, Fransanın "Le Monde" qəzetinə verdiyi müsahibədə danışıb.

“Putinə dedim ki, artıq müharibəyə son qoymağın vaxtıdır və ona Zelenski ilə görüşməyi məsləhət gördüm. Təəssüf ki, bu baş vermədi”, – deyə Braziliya lideri əlavə edib.

Mayın 29-da Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini Aleksey Çepa bildirib ki, Vladimir Putin və Volodimir Zelenski arasında görüşün baş tutması üçün bir sıra şərtlər yerinə yetirilməlidir. Onun sözlərinə görə, əvvəlcə birgə memorandum hazırlanmalı, bu memorandum Putinlə, daha sonra isə Zelenski tərəfindən Avropa həmkarları ilə müzakirə olunmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru