Tramp polad və alüminium idxalına rüsumları artırmaq barədə fərman imzalayacaq

4-06-2025, 15:34           
Tramp polad və alüminium idxalına rüsumları artırmaq barədə fərman imzalayacaq
ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı polad və alüminium idxalına tətbiq olunan gömrük rüsumlarını 50 faizədək artırmaq barədə sərəncam imzalayacaq.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levit bildirib.

“Prezident bu gün fərman imzalayacaq və rüsumlar 50 faizə çatacaq”, – deyə Levit qeyd edib.

Mayın 31-də Tramp polad idxalına rüsumların 50 faizə qaldırılacağını açıqlamışdı.

Aprelin 2-də Tramp 185 ölkədən idxal olunan mallar üçün yeni gömrük tarif sistemi tətbiq etmişdi. Yeni qaydaya əsasən, bütün mallara əsas rüsum 10 faiz müəyyən edilib. Bəzi ölkələr üçün isə bu göstərici daha yüksək olub – Çin üçün 34%, Vyetnam üçün 46%, Avropa İttifaqı üçün isə 20%. Cavab olaraq Çin də ABŞ məhsullarına 34 faiz rüsum tətbiq edib. Dünyanın müxtəlif ölkələrinin liderləri Trampın qərarını tənqid edərək cavab tədbirləri görəcəklərini bəyan ediblər.

Mayın 28-də ABŞ-ın Beynəlxalq Ticarət Məhkəməsi prezidentin tətbiq etdiyi gömrük rüsumlarını dayandırmışdı. Məhkəmənin qərarında qeyd olunurdu ki, Tramp beynəlxalq fövqəladə hallarla bağlı iqtisadi səlahiyyətlər haqqında qanuna əsasən prezidentə verilən səlahiyyətləri aşıb. Lakin ertəsi gün Apellyasiya Məhkəməsi Trampın rüsumlarla bağlı sərəncamlarının qüvvəsini bərpa edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru