Fransada saxlanılan Yeni Kaledoniya lideri, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) sədri Kristian Tein azadlığa çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Le Monde" məlumat yayıb.
Məlumata görə, Paris məhkəməsi siyasi lider və digər üç fəal - Dimitri Qeneqey, Guillaume Vama və Ervan Uaetheaneni həbsdə saxlamaq üçün heç bir səbəb olmadığını bildirib.
Xatırladaq ki, adıçəkilən şəxslər 2024-cü ilin may ayında Kanakidə baş vermiş iğtişaşlardan sonra qeyri-şəffaf şəkildə Fransaya deportasiya ediliblər. Onlarla birgə müstəqillik uğrunda mübarizə aparan digər Kanak məhbus da olub.