Vyetnamda demoqrafik dönüş : 34 illik siyasətə son

4-06-2025, 10:58           
Vyetnamda demoqrafik dönüş : 34 illik siyasətə son
Vyetnam hökuməti ölkədə doğumun azalmasının qarşısını almaq məqsədilə ailələrdə uşaqların sayını ikidən çox olmamaqla məhdudlaşdıran siyasəti ləğv edib.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, ölkənin aşağı düşən doğum nisbəti gələcək iqtisadi artım üçün təhdid yaradır və demoqrafik böhrana səbəb ola bilər.

Məlumata görə, Vyetnam hakimiyyəti indi cütlüklərə uşaqların sayını və nə vaxt dünyaya gətirəcəklərini sərbəst şəkildə müəyyən etmək imkanı verib. Əvvəllər yerli qanunvericilik yalnız xüsusi hallar istisna olmaqla, hər ailəyə bir və ya iki uşaq sahibi olmağa icazə verirdi. Vyetnam Kommunist Partiyasının üzvləri bu qaydanı pozduqda, mükafatlarının kəsilməsi və ya vəzifədən uzaqlaşdırılma riski ilə üzləşirdilər.

Qeyd edilir ki, bu məhdudiyyət 1988-ci ildə - ümumi doğum nisbətinin hər qadına 4-dən çox uşaq olduğu dövrdə tətbiq edilmişdi.

Hazırda isə ölkədə doğum nisbəti hər qadına 1,91 uşağa qədər enib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru