7 ölkədən Ukraynaya milyardlarla avroluq silah yardımı

5-06-2025, 11:24           
7 ölkədən Ukraynaya milyardlarla avroluq silah yardımı
Bir sıra ölkələr Ukraynaya yeni hərbi yardım paketi ayırıb.

Bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov “Ramştayn” formatında keçirilən son toplantının nəticələri barədə danışarkən deyib.

Məlumata görə:

Böyük Britaniya 350 milyon funt sterlinq ayıracaq. Bu vəsait 2025-ci ildə Ukraynaya 100 min pilotsuz uçuş aparatı (PUA) göndərilməsinə imkan yaradacaq.

Almaniya – əvvəllər açıqlanmış 5 milyard avroluq hərbi yardım paketini təsdiqləyib. Bu paketə Ukraynada istehsal olunacaq uzaqmənzilli silahların maliyyələşdirilməsi, hava hücumundan müdafiə sistemləri, silahlar və sursatların verilməsi daxildir.

Niderland 400 milyon avro dəyərində paket təqdim edir. Buraya minaalti gəmi, katerlər və dəniz dronları daxildir.

Belçika 2029-cu ilə qədər hər il 1 milyard avro yardım vəd edib. Həmçinin Ukraynaya minaaxtaran gəmi veriləcək.

Norveç dronlar üçün 700 milyon dollar, “NSATU Trust Fund” fonduna isə əlavə 50 milyon dollar ayıracaq.

Kanada 45 milyon dollarlıq yardım paketi çərçivəsində Ukraynaya dronlar, radioelektron mübarizə vasitələri, İT həllər, eləcə də “Coyote” və “Bison” zirehli texnikası təqdim ediləcək.

İsveç beynəlxalq proqramlar vasitəsilə 440 milyon avroluq yardım ayıracaq. Bu vəsait artilleriya sursatlarının, dronların və digər silahların alınmasına yönəldiləcək. //globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru