Londonda Kral qvardiyasının atı "selfi" çəkdirmək istəyən qadını dişlədi

5-06-2025, 12:48           
Londonda Kral qvardiyasının atı "selfi" çəkdirmək istəyən qadını dişlədi
Böyük Britaniyanın paytaxtı Londonda, məşhur Atlı Qvardiya Muzeyinin yaxınlığında bir turist unudulmaz foto təcrübəsi yaşayıb. Foto çəkdirmək istəyən qadın Kral qvardiyasının atına həddindən artıq yaxınlaşanda, at onu dişləyib.

Oxu.Az xəbər verir ki, hadisə barədə məlumatı "Daily Mail" yayıb.

Görüntülərdən aydın olur ki, qadın müəyyən olunmuş təhlükəsizlik qaydalarına əməl etmədən ata çox yaxınlaşıb. At bu davranışa aqressiv reaksiya göstərərək qadını dişləyib.

Qeyd edək ki, Atlı Qvardiya Muzeyinin yaxınlığında "Diqqət! Atlar təpik ata və ya dişləyə bilər" xəbərdarlıq lövhəsi mövcuddur. Buna baxmayaraq, turistlərin əksəriyyəti bu xəbərdarlığı nəzərə almır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru