14 yaşlı hamilə qızı diri-diri yandırdı

5-06-2015, 19:24           

Argentinada 14 yaşındakı Çiara Paes sevgilisi Manuel Mansilla tərəfindən diri-diri yandırılaraq öldürülüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Paesin ölümündən sonra 8 aylıq hamilə olduğu ortaya çıxıb.

On dörd yaşındakı qız Argentinanın şimal-şərqindəki Rufino şəhərində yaşayırdı. May ayının əvvəlində o, itkin düşüb.

Sevgilisi Manuel Mansilla da daxil olmaqla bir çox adam qızı axtarmağa başlayıb. Üç gün sonra qızın cəsədi Manuelin yaşadığı evin bağçasında tapılıb. Məhkəmə-tibbi ekspertiza gənc qızın 8 həftəlik hamilə olduğunu və diri-diri yandırıldığı məlum olub. Gənc qızın sevgilisi törətdiyi cinayəti etiraf edib.

Ancaq cinayətin Manuel tərəfindən təkbaşına törədilmədiyinə dair şübhələr var. Onun valideynləri də istintaqa cəlb olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.